Tarix : 2024 Jan 18
Kod 64508

Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə İraq Milli Təhlükəsizlik müşaviri arasında telefon danışığı olub

İslam İnqilabının Ali Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə İraqın Milli Təhlükəsizlik müşaviri telefon danışığı zamanı iki ölkə arasındakı qardaşlıq və tarixi əlaqələr haqqında danışıblar.
arannews:irna- Ali Məqamlı Rəhbərin nümayəndəsi və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyan və İraqın Milli Təhlükəsizlik üzrə müşaviri Qasim Əl-Əraci İran və İraqın təhlükəsizliyini qorumaq və təmin etmək üçün səylərini vurğulayıblar.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi bu telefon danışığında vurğulayıb ki, sionist rejimin İran xalqına və hökumətinə qarşı istənilən ölkə mənşəli hər hansı əməliyyatına heç bir şəkildə dözülməyəcək.

  • Yazılıb
  • da (də) 2024 Jan 18
  • Göndərən رضا رستمی