Tarix : 2008 Aug 10
Kod 6451

Rusiya- Gürcüstan müharibəsi Son xəbərlər

Şənbə günündən Kodor dərələrini bombalamağa başlayan Rusiya bazar günü bu məntəqəni bombalayaraq, Gürcüstanın Qərbində Joqedidi məntəqəsini də bombalamağa başlayıb
Gürcüstan Servisi/Aran Agentliyi
Rusiya hərbçilərinin Gürcüstana hücumları kəskinləşib
 Rusiya federasiyası Gürcüstanda Kodor dərələrini bombaladığı əməliyyatların davamında bu ölkənin digər məntəqələrindən birini də, bombalayıb.
Frans Press Gürcüstanın Daxili İşlər Nazirliyinin sözçüsü Şota Uiaşviliyə istinadən bildirib: Şənbə günündən Kodor dərələrini bombalamağa başlayan Rusiya bazar günü bu məntəqəni bombalayaraq, Gürcüstanın Qərbində Joqedidi məntəqəsini də bombalamağa başlayıb. Kodor separatçı Abxaziya məntəqəsinin yeganə bir hissəsi hesab olunur ki, Gürcüstan onun nəzarətə alınmasını öz iş gündəminə daxil edib. Onun sözlərinə görə, Rusiyanın təyyarələri bazar günü səhər çağı Tbilisinin hava limanını bombalayıblar. Son bir neçə gündə də, Rusiyanın qırıcı təyyarələri də Tbilisinin şimalında Qori şəhərini bombalayıb və Qara dənizdə enerjinin keçid yolu olan Poti limanını bombalayaraq onu tamamilə məhv edib.
Gürcüstanın Daxili İşlər Nazirliyi bildirib: Rusiya öz quru, hava və dəniz hərbi donanması qüvvələrini gələn bir neçə saat ərzindəki hücum əməliyyatlarına hazırlayıb.
Gürcüstanın Milli Təhlükəsizlik Şurasının Katibi Aleksandr Lomaya da deyib: Rusiyanın zirehli maşınlarından çoxu Rusiya-Gürcüstan sərhədindən olan Cənubi Osetiya sərhədinin 35 kilometr aralığında yerləşən sərhəd Laros keçidində yerləşib.
Eyni halda Rusiyanın dəstəyinə malik separatçı Abxaziya Respublikasının XİN-i də Abxaziya Sularına daxil olmuş bir gürcü gəmisinin batmasından xəbər verib.
Abxaziya separatçı məntəqənin bildirdiyinə görə, bu qondarma respublikanın ordusu gürcü qüvvələrin öz sərhədlərinə yaxınlaşmasına icazə verməyəcəkdir.
***
TŞ-nin Cənubi Osetiya haqda nəticəsiz iclası 
BMT-nin TŞ-nin Gürcüstanın separatçı məntəqələri ilə bağlı iclası nəticəsiz başa çatıb.
Belçikanın nümayəndəsi və Təhlükəsizlik Şurasının sədri Yan Grovels deyib: Məncə üzv ölkələrin hamısının qəbul olunan Cənubi Osetiya haqda fikri birliyinə nail olmaq çətindir.
Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin TŞ-nin nəticəsiz iclasına reaksiyada deyib: Cənubi Osetiyada gərginliyin aradan qaldırılması təkcə gürcü qüvvələrin çıxmaları ilə mümkündür.
Çurkinin sözlərinə görə, gücü qüvvələr son günlər Cənubi Osetiya məntəqəsinə qarşı hücumda işğal etdiyi məntəqələrdən çıxmalı və Gürcüstan, təcavüzün qarşısının alınması haqda bir müqavilə imzalamalıdır.
TŞ cümə günün axşam çağı rus hərbçilərin və tankların Cənubi Osetiyaya daxil olmalarından sonra Gürcüstanda fövqəladə iclas təşkil etdi ancaq şuranın üzvləri bu məntəqədə atəşkəsin təcili surətdə bərqərar olunması istəyi haqda yekun razılaşmaya gələ bilmədilər.
***
Gürcü qüvvələri Cənubi Osetiyadan çıxıblar.Gürcü hərbçilərin Cənubi Osetiya məntəqəsindən çıxmalarından sonra Rusiyanın 10 min nəfərdən ibarət yeni qüvvəsi Gürcüstana daxil olub.
Frans Pressin verdiyi məlumata görə, bu qüvvələrdən 6 min nəfəri Cənubi Osetiya məntəqəsində və 4 min nəfəri isə separatçı Abxaziya məntəqəsinin Qərbində yerləşən bir limanda mərkəzləşib.
Gürcüstanın DİN-nin sözçüsü Şota Oyaşvili deyib: Cənubi Osetiyada rus hərbçilərlə müharibə şəraitində olan gürcü qüvvələri bu məntəqədən geri çəkildilər.
 ***

Rusiyanın baş naziri Valdimir Putin gürcü hərbçilərin Cənubi Osetiyada törətdiklərini pisləyərək bu haqda araşdırmaların aparılmasını istəyib.
Frans Pressin Moskvadan verdiyi məlumata görə, Putin şənbə günü avqustun 9-da ölkə prezidenti Dimitri Medvedyevlə görüşdə deyib: Rusiyanın hərbi prokuroru gürcü hərbçilərin Cənubi Osetiyada mülkilərin əleyhinə törətdikləri cinayətlər barədə araşdırmalar aparmalıdır, Çünki bu məntəqədə yaşayanların çoxu rus mənşəlidir. Bu görüşdə Rusiyanın prezidenti də Cənubi Osetiya məntəqəsində kobud və sərt hərəkətlərin amillərinin cəzalandırılmasına təkid edərək deyib: Söz-süz ki, araşdırmaların aparılmasına dair fərman verəcəyəm.
Gürcüstan ordusu, ötən cümə axşamı, Moskvanın dəstəyinə malik separatçı Cənubi Osetiya məntəqəsini nəzarətə almaq üçün bu məntəqəyə hücum etdi ki, bu da Gürcüstanın Rusiya ilə qarşı durmasına səbəb oldu.
Cənubi Osetiya hökumət rəsmilərinin dediklərinə görə, Cənubi Osetiyanın mərkəzi Sxınvalidə baş vermiş silahlı toqquşmalar və hava zərbələri nəticəsində təqribən 600 nəfər həlak olub.
Belə bir şəraitdə Rusiyanın Tbilisidəki nümayəndəsi bildirib ki, bu toqquşmalarda təqribən 2000 nəfər mülki qətlə yetirilib. 70 min nəfər əhalisi olan qondarma Cənubi Osetiya respublikası cəmiyyətinin 90 faizi Rusiya vətəndaşıdır.

  • Yazılıb
  • da (də) 2008 Aug 10