Xarici İşlər Nazirliyinin mətbuat katibi Pakistanın İran İslam Respublikasının sərhəd bölgəsindəki bir nöqtəyə etdiyi hücumu pisləyib.
arannews:parstoday-Etirazı rəsmi şəkildə bildirmək və bununla bağlı Pakistan hökumətindən izahat tələb etmək üçün bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.-deyə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani vurğulayıb. Bununla əlaqədar olaraq, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü “Mümtaz Zəhra” cümə axşamı İslamabadda keçirdiyi həftəlik mətbuat konfransında ölkəsinin terrorizmlə mübarizədə İran İslam Respublikası ilə əməkdaşlıq səylərini vurğulayıb və deyib: İran qardaş ölkədir və Pakistan onun ərazi bütövlüyünə hörmət edirik.
Gərginliyi artırmaq niyyətimiz yoxdur və iki ölkə arasındakı qardaşlıq münasibətlərini nəzərə alsaq, regionda sülh və təhlükəsizliyə təsir edəcək hər hansı addımın atılmayacağı gözlənilir.-Mümtaz Zəhra əlavə edib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, İran İslam Respublikası Pakistana çox yaxın və qonşu ölkədir və inanırıq ki, iki ölkə arasında rabitə kanalları ümumi məsələlərə həll yolu ola bilər.