Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və bu şəhərin imam cüməsi bu həftənin cümə namazı xütbələrində deyib: Cənubi Afrikanın cəsarətli hərəkəti Nelson Mandelaya böyük xidmətdir.
arannews:irna-Cənubi Afrikanın beynəlxalq məhkəməyə şikayət etməsi və İsraili məhkəməyə verməsi müasir dövrdə böyük siyasi-hüquqi hadisədir.
1400 il əvvəl Allah Rəsulunun (s) səhabələri Qüreyşin təzyiqi və onların zülmü üzündən Məkkəni tərk edərək Həbəşistanda afrikalı Nəcaşiyə sığındılar.
İndi hadisə təkrarlanır. Ərəb və İslam hökumətləri fələstinliləri tək buraxdılar və onlar öz hüquqlarını almaq üçün Cənubi Afrikaya sığındılar.
Allahın “istibdal” (əvəzetmə) ənənəsi adlanan qanunu var. Yəni mənim dinim və peyğəmbərimlə həmkarlıq etməsəniz, sizi aparıb yerinizə başqa bir qövm seçərəm.
Tədqiqatçılar deyirlər ki, Cənubi Afrikanın cəsarətli addımı mövzusunda istibdal ənənəsi praktiki olaraq həyata keçdi. Bu ənənə nə ərəb ölkələri, nə də İslam ölkələri ilə deyil, Cənubi Afrika vasitəsilə həyata keçirilib.
Qeyd etmək lazımdır ki, Cənubi Afrikanın bu cəsur hərəkəti aparteidlə mübarizənin qəhrəmanı Nelson Mandelaya böyük xidmətdir.
Bu addıma əsasən demək olar ki, Nelson Mandela ölməyib. Liderə böyük xidmət onun ideallarını, düşüncələrini və üsullarını güclü müdafiə etməkdir.