SEPAH-ın ictimai əlaqələr bölməsi bildirib: “Təcavüzkar və işğalçı rejimin döyüş təyyarələrinin hava hücumu nəticəsidə Suriya qüvvələrindən bir neçə nəfər və İran İslam Respublikasının 4 hərbi məsləhətçisi şəhidlik zirvəsinə ucalıb.”
arannews:irna-sionist rejimin Dəməşqə hücumu ilə bağlı SEPAH-ın ictimai əlaqələr bölməsi bildirib: “Vəhşi və cinayətkar sionist rejim bir daha Suriyanın paytaxtı Dəməşqə təcavüz etdi. Təcavüzkar və işğalçı rejimin döyüş təyyarələrinin hava hücumu zamanı Suriya qüvvələrindən bir neçə nəfər və İran İslam Respublikasının 4 hərbi məsləhətçisi şəhidlik zirvəsinə ucaldı.” İRNA-nın məlumatına görə, Suriyadakı yerli mənbələr görüntülər dərc edərək bu gün səhər saatlarında Dəməşqin qərbində partlayış baş verdiyini bildiriblər.