Tarix : 2024 Jan 21
Kod 64519

Sürəyya peyki uğurla orbitə buraxılıb

İran Kosmik Təşkilatına məxsus Sürəyya peyki SEPAH Aerokosmik Qüvvələrinin Qaim 100 (Qaem) peyk daşıyıcısı tərəfindən kosmosa buraxılıb.
arannews:irna-İran Kosmik Tədqiqatlar İnstitutuna (Rabitə Nazirliyi) aid olan Sürəyya peyki bir saat əvvəl uğurla orbitə buraxılıb və orbitin 750 km-liyinə yerləşdirilib.

Bu peyk İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin üç mərhələli, bərk yanacaqlı Qaim 100 daşıyıcısı ilə kosmosa buraxılıb.

Bu, ilk dəfədir ki, İran 500 km-dən yüksək orbitlərdə peyki uğurla yerləşdirir.

  • Yazılıb
  • da (də) 2024 Jan 21
  • Göndərən رضا رستمی