Tarix : 2008 Aug 10
Kod 6452

HƏR İKİ TƏRƏF İTKİ VERİR

son günlər aparılmış hərbi əməliyyatlar nəticəsində 748 nəfər xəsarət alıb
Gürcüstan Servisi/Aran Agentliyi
Gürcüstan, separatçılara qarşı mübarizədə 129 əsgər və mülki şəxs itirib. Məlumatı Reuters agentliyi Gürcüstan hökumətindəki mənbəyə istinadən yayıb. Mənbənin sözlərinə görə, son günlər aparılmış hərbi əməliyyatlar nəticəsində 748 nəfər xəsarət alıb.

Həmçinin Gürcüstan Silahlı Qüvvələri Rusiya Baş Kəşfiyyat İdarəsinin 60 xüsusi təyinatlısını zərərsizləşdirib. Bunu Gürcüstan prezidenti Mixail Saakaşvili ölkə müxalifətinin nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatçılarının zərərsizləşdirildiyi döyüş Tsxinvali rayonundakı Tiakani yüksəkliyində baş verib.
  • Yazılıb
  • da (də) 2008 Aug 10