NATO gələn həftə son onilliklərin ən böyük təliminə başlayacaq. 90 minə yaxın hərbçinin cəlb olunacağı təlimlər bir neçə ay davam edəcəkdir.
arannews:parstoday-Rusiya Dövlət Dumasının üzvü Leonid İvlev bu barədə deyib ki, NATO-nun qarşıdan gələn irimiqyaslı təlimləri bu hərbi-siyasi bloka daxil olan ölkələrin aqressiv xarakterinin təzahürü və Rusiya ilə müharibəyə hazırlığın nümayişidir. Deputatın sözlərinə görə, bu təlimlər NATO ölkələrinin, ilk növbədə ABŞ-ın aqressiv mahiyyətini və Rusiya ilə müharibəyə hazırlığı nümayiş etdirməklə yanaşı, başqa bir məqsəd daşıyır - rusiyalı seçiciləri qorxutmaq, səsvermə zamanı onların iradə ifadəsini təhrif etmək. Bu, birbaşa Rusiyanın daxili işlərinə qarışmaqdır.