İran İslam Respublikası Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Vatikana səfəri çərçivəsində həmkarı ilə görüşüb.
arannews:parstoday-ölkəmizin Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri dünən (cümə) Vatikanın Xarici İşlər nazirinin müavini Monsenyor Miroslav Vaçevski ilə görüşüb. Vatikanda səfərdə olan Baqiri Qəzza zolağında baş verənlər və Fələstin məsələsi də daxil olmaqla müxtəlif ikitərəfli, regional və beynəlxalq mövzuları müzakirə edib və fikir mübadiləsi aparıb.