Tarix : 2024 Jan 23
Kod 64531

İşğalçı rejimə sarsıdıcı zərbə İsrail ordusu bir gündə 50-dən çox əsgərini itirdi

Əl-Əqsa Tufanı başlayandan bəri Fələstin Müqavimətinin işğalçılara vurduğu ən böyük zərbə sionist rejimi dəhşətə salıb.
arannews:parstoday-Əl-Əqsa Tufanı başlayandan bəri Fələstin Müqavimətinin işğalçılara vurduğu ən böyük zərbə sionist rejimi dəhşətə salıb.

İbrani mənbələri müqavimətin sarsıdıcı əməliyyatında Xan Yunisdə çoxlu sayda sionist təcavüzkar əsgərin öldürüldüyünü və yaralandığını etiraf ediblər.

Hələlik ən azı 20 zabit və əsgərin öldürüldüyü və yaralandığı rəsmi şəkildə etiraf edilir.

Lakin sionist rejim televiziyasının 12-ci kanalının xəbərində bu cümlələr yer alıb: “Böyük bir fəlakətlə üz-üzəyik, Qəzzə zolağında bugünkü döyüşlərdə ordu itkilərinin sayı 50 nəfəri keçib”.

Mənbə iki binanın partlaması və sionist əsgərlərin sığındıqları üçüncü binanın uçması nəticəsində bu işğalçı əsgərlərin öldüyünü və ya yaralandığını bildirir.

Sionist rejim öz ordusunun itkiləri ilə bağlı senzura siyasətini ciddi şəkildə tətbiq edir. Bu səbəbdən Müqavimətin əməliyyatında faktiki itkilər sionistlərin açıqladığı statistikadan qat-qat artıqdır.

  • Yazılıb
  • da (də) 2024 Jan 23
  • Göndərən رضا رستمی