Tarix : 2024 Jan 24
Kod 64534

Əmir Abdullahiyan Fransanın xarici işlər naziri ilə görüşdü

Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər etmiş İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün, çərşənbə axşamı, səfərinin ikinci günündə və ikitərəfli görüşlərin davamında Fransanın yeni Xarici İşlər naziri Stefan Sejurne ilə görüşüb və müzakirə aparıb.
arannews:irna-İRNA müxbirinin BMT-dən verdiyi məlumata görə, Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan və cari ay (yanvar 2024) bu şuraya sədrlik edən Fransa İran İslam Respublikası və digər ölkələrin xarici işlər nazirini bu şuranın Yaxın Şərqdəki vəziyyətin nəzərdən keçirilməsi ilə bağlı bugünkü iclasında iştirak etməyə dəvət edib.

İran və Fransa xarici işlər nazirləri arasında BMT-dəki Paris nümayəndəliyində keçirilən görüşdə tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
  • Yazılıb
  • da (də) 2024 Jan 24
  • Göndərən رضا رستمی