İran və Türkiyə investisiya və iqtisadi əməkdaşlığın artırılması, regional məsələlər, xüsusilə də Qəzzada vəziyyətlə bağlı 10 əməkdaşlıq sənədi imzalayıb.
arannews:irna- dəmir yolları, enerji mübadiləsi, ortaq ticarət sahələrinin və kommunikasiyaların yaradılması sahəsindəki bu əməkdaşlıq sənədləri cümə axşamı, axşam saatlarında İran və Türkiyə prezidentləri Ayətullah Seyid İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən imzalanıb.
İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının səkkizinci iclası Ankarada iki ölkə prezidentinin iştirakı ilə keçirilib.
Ayətullah Rəisi iqtisadi-siyasi heyətin müşayəti ilə İran-Türkiyə Əməkdaşlığı Ali Şurasının iclasında iştirak etmək üçün bu çərşənbə səhər saatlarında Ankaraya səfər edib və Türkiyə Prezidenti Ərdoğan tərəfindən rəsmi qarşılama mərasimi keçirilib.