İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: İslami ölkələr sionist rejimlə həyati arteriyaları kəsməklə, özlərinin bu rejimlə olan siyasi və iqtisadi əlaqələrini kəssinlər.
arannews:parstoday-Həzrət Ayətullahuluzma Xamenei bu gün «İyirmi dörd min Tehran şəhidi» konfransının təşkilatçıları ilə görüşdə islami ölkələrin məsul şəxslərinin olduqca mühüm olan Qəzzə məsələsi qarşısındakı fəaliyyətlərini tənqid edib və belə söyləyiblər: Bəzi vaxtlar islami ölkələrin məsul şəxslərinin mövqeləri və ifadələri yanlışdır, zira, onların ixtiyarlarından kənarda və xəbis sionist düşmənin ixtiyarında olan «Qəzzədə atəşkəs» kimi məsələ barədə danışırlar. Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: İslami ölkələrin məsul şəxslərinin qeyri-münasib fəaliyyətlərinə və bütün çətinliklərə rəğmən, Quranda qeyd olunduğu kimi, Allah-Taala mömin xalqın yanındadır və Allahın sayəsində qələbə əldə olunacaq.
İslam İnqilabının Böyük Rəhbəri sonra belə vurğulayıblar: Qəzzə əhalisinin qələbəsi qətidir və Allah-Taala yaxın gələcəkdə bu qələbəni İslam Ümmətinə göstərəcək və Fələstin xalqı və Qəzzə əhalisi başda olmaqla, müsəlmanların ürəkləri şad olacaq.