Tarix : 2024 Jan 25
Kod 64540

Bu gün 13 Rəcəb Hz.Əli (ə) mövlud günüdür

Bu gün (cümə axşamı) hicri 1445-ci ilin Rəcəb ayının 13-ü, müsəlmanların Allah tərəfindən seçilmiş birinci imamının səadətli viladəti və Atalar Günüdür. Rəcəb ayının 13-də şiələr tərəfindən bayram və şənliklər keçirilir.
arannews:parstoday-Mübarək Rəcəbul-Mürəccəb ayının 13-də Kəbənin divarı Həzrət İmam Əli bin Əbu Talibin (ə) anası Fatimə Bint Əsədin üzünə açıldı və o Kəbəyə daxil oldu. Həzrət Əli (ə) Kəbədə dünyaya göz açdı.

Həzrət İmam Əli (ə) yeniyetməlik dövründə əziz islam peyğəmbəri Həzrət Məhəmmədin (s.ə.s) yanında böyümüşdür.

O İslama iman gətirən ilk şəxs olmuşdur. İslam dininin genişlənməsi və təbliğinin bütün mərhələlərində peyğəmbərin əsas sirdaşlarından hesab olunurdu.

İran İslam Respublikasının təqvimində vilayət və imamətin birici parlaq ulduzu və imamlığın atası olan Həzrət İmam Əlinin (ə) səadətli viladətinin ildönümü gününü Atalar Günü olaraq qeyd edir.

İran İslam Respublikasının Aran Radiosu Həzrət İmam Əlinin (ə) mövlud gününün ildönümü münasibətilə dünya müsəlmanlarını və digər azadlıq axtaranları təbrik edir.

  • Yazılıb
  • da (də) 2024 Jan 25
  • Göndərən رضا رستمی