İran-Türkiyə Ali Əməkdaşlıq Şurasının səkkizinci iclası Ankarada iki ölkə prezidentinin iştirakı ilə keçirilib.
arannews:parstoday-İran İslam Respublikası və Türkiyə ötən gün (çərşənbə günü) investisiyaların artırılması, iqtisadi əməkdaşlıq və regional məsələlərin artırılması məqsədi ilə 10 əməkdaşlıq sənədi imzalayıblar. Bu əməkdaşlıq sənədləri çərşənbə gecəsi mədəniyyət, media və rabitə, dəmir yolu və hava nəqliyyatı, elektrik enerjisi, enerji, iqtisadi və azad ticarət zonaları sahələrində İran İslam Respublikası və Türkiyə prezidentləri Seyid İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkənin yüksək vəzifəli şəxsləri tərəfindən imzalanıb.
İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi iqtisadi-siyasi nümayəndə heyətinin müşayəti ilə İran və Türkiyə İqtisadi Əməkdaşlıq Ali Şurasının iclasında iştirak etmək üçün ötən gün səhər bu ölkənin paytaxtı Ankaraya səfər edib və Türkiyə Prezidenti Ərdoğan tərəfindən rəsmi qarşılama mərasimi keçirilib.