Sionist rejimin Xarici casusluq Təşkilatının keçmiş rəhbəri bu rejimin atəşkəs danışıqlarındakı mövqelərini geri çəkməsinin vacibliyini vurğulayıb.
arannews:parstoday- “Yossi Koen” Haredi sionistlərinə bağlı yerli “Col Brama” radiosu ilə söhbətində məhbusların geri qaytarılması şərti ilə bir və ya iki aylıq atəşkəs razılaşmasının düzgün qərar olduğunu açıqlayıb. Bu sionist rəsmi sionist rejim məhbuslarının azad edilməsini prioritet hesab edib.
Bununla yanaşı, o, atəşkəsin yaradılmasını hərbi əməliyyatların tam dayandırılması demək hesab etməyib və atəşkəs müddəti bitdikdən sonra Fələstin müqavimətinə qarşı əməliyyatların davam etdiriləcəyini vurğulayıb.
Qəzzaya hücumdan təxminən 4 ay keçməsinə baxmayaraq, sionist rejim HƏMAS-ı məhv etmək və məhbusları azad etmək kimi bəyan etdiyi məqsədlərinə çatmayıb.
Sionist rejim liderləri arasında fikir ayrılıqlarının güclənməsi və işğal olunmuş ərazilərdə Netanyahunun kabinetinə qarşı hərtərəfli aksiyların artması sağçı partiyaların Fələstin müqavimətinə təslim olmaları üçün təzyiqləri artırıb.
Qeyd edək ki, Sionist rejim 2023-cü il oktyabrın 7-dən etibarən Qərb ölkələrinin tam dəstəyi ilə Qəzza zolağı və İordan çayının qərb sahilində müdafiəsiz və məzlum Fələstin xalqına qarşı kütləvi qırğına başlayıb və beynəlxalq ictimaiyyətin və insan haqları qurumlarının sionist rejimin cinayətləri qarşısında susması bu qeyri-qanuni rejimin döyüş maşını ilə fələstinli qadın və uşaqların öldürülməsinin davam etməsinə səbəb olub.