Yəmən Ənsarullah Hərəkatının lideri deyib: “Sionist rejimin Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzü davam edir və sionist rejim Amerikanın dəstəyi və iştirakı ilə soyqırım törədir. Yəmən ordusu da fələstinlilərə kömək məqsədilə Qırmızı dənizdə əməliyyatlarını davam etdirəcək.”
arannews:irna-Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi bu günkü (cümə axşamı) çıxışında sionist rejimin Qəzzaya qarşı müharibədə öz məqsədlərinə nail ola bilmədiyini açıqlayaraq deyib: “Biz Qəzza zolağında müqavimətin və Fələstin xalqının sabitliyinin və misilsiz şücaətinin şahidiyik.”
O, əlavə edib: “Ərəb-İsrail qarşıdurmasının bütün tarixi boyunca heç bir ordu və ya bütün ərəb orduları birlikdə Qəzza zolağındakı mücahidlər qədər müqavimət göstərə bilməyib.”
Seyid Əbdülməlik əl-Husi deyib: “Amerikalılar öz zabitlərini müharibədə iştirak etmək üçün göndərməklə Qəzza əhalisinin aclıqdan ölməsinə birbaşa təsir göstərirlər və müharibədə birbaşa rol oynayırlar. Yəmənə qarşı gərginliyin artması amerikalılar üçün ağır iqtisadi xərclərə başa gələcək və qarşıdurmaların genişlənməsinə səbəb olacaq.”