Ayətullah Amili sionistlərin Azərbaycandakı səfirinin 20 Yanvar münasibəti ilə verdiyi mesaja toxunaraq dedi: İşğalçı rejimin bu cahil səfiri daha bir böyük səhvə yol verib və kökündən İsrail əleyhinə olan bir gündə mesaj verib.
arannews:irna-Ərdəbil şəhərinin cümə imamı Ayətullah Seyid Həsən Amili bu günki cümə namazı xütbələrində sionist rejimin Azərbaycandakı səfirinin mesajına toxunaraq dedi: İsrailin Azərbaycandakı səfiri 20 Yanvar münasibəti ilə müraciətində bildirib; “ Qəzza müharibəsində insan ləyaqətini müdafiə edirik!” Bu cümlə Qəzza müharibəsi ilə bağlı ən gülməli və ən təhqiramiz cümlədir. O əlavə etdi: Əksəriyyəti qadın və uşaq olan 26 min günahsız insanı öldürmək insan ləyaqətidir, yoxsa on minlərlə uşağın həyatını almaq insan ləyaqətidir?!
İnqilab Rəhbərinin nümayəndəsi 10 min günahsız qadının qətliamına, xəstəxanaların, məktəblərin, BMT mərkəzlərinin və sığınacaqların, o cümlədən UNRWA mərkəzlərinin bombalanmasına, təcili yardım maşınları və tibb işçilərinin sionist rejim tərəfindən hədəf almasına toxunaraq, bu məsələyə aydınlıq gətirdi: Dərman, qida və yanacağın Qəzzaya daxil olmasına və fələstinlilərin soyqırımına mane olmaq insan ləyaqətidirmi?
VəliyyiFəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi bəyan etdi: Bu cahil və nadan səfir çox böyük səhvə yol verib və fərqinə varmayıb ki, Bakıda 20 Yanvar hadisəsi işğalçıları qovmaq üçün baş vermişdir. Yəni 20 Yanvar işğala qarşı anma günüdür, ona görə də anti-İsrail günüdür.
Ayətullah Amili dünyanın ən böyük işğalçısının İsrail rejimi olduğunu bildirib və qeyd edib: Əgər İsrailin Azərbaycandakı səfiri həqiqətən də 20 Yanvara inanırsa və həqiqətən də 20 Yanvar şəhidləri üçün gerçək göz yaşı tökürsə, ilk növbədə sionist rejimini pisləməlidir.
O xatırladıb: Hər keçən gün bu səfir İsrail rejimi üçün daha çox qalmaqal yaradır.