Tarix : 2024 Jan 27
Kod 64547

Türkiyə: İsraildən Haaqa Məhkəməsinin qərarını dərhal yerinə yetirməsini gözləyirik

Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin ehtiyat tədbirləri ilə bağlı qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik.
arannews:irna-Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Fələstin xalqına qarşı hücumları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair verdiyi açıqlamada vurğulayıb: “Beynəlxalq Ədalət Məhkəməsinin ehtiyat tədbirləri ilə bağlı qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik.”

Bəyanatda əlavə olunub: “Düşünürük ki, məhkəmənin elan etdiyi tədbirlər Fələstində qan axıdılmasını dayandırmaq üçün çox əhəmiyyətli bir fürsətdir.”

  • Yazılıb
  • da (də) 2024 Jan 27
  • Göndərən رضا رستمی