Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin ehtiyat tədbirləri ilə bağlı qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik.
arannews:irna-Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Fələstin xalqına qarşı hücumları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarına dair verdiyi açıqlamada vurğulayıb: “Beynəlxalq Ədalət Məhkəməsinin ehtiyat tədbirləri ilə bağlı qərarının İsrail tərəfindən dərhal və tam şəkildə yerinə yetirilməsini gözləyirik.” Bəyanatda əlavə olunub: “Düşünürük ki, məhkəmənin elan etdiyi tədbirlər Fələstində qan axıdılmasını dayandırmaq üçün çox əhəmiyyətli bir fürsətdir.”