Prezident İran-Pakistan münasibətlərində istənilən sensasiya ilə mübarizə aparmağın vacibliyini vurğulayaraq deyib: “İki ölkə sərhədi iqtisadi mübadilə və təhlükəsizliyin artırılması üçün bir fürsətdir və hər hansı bir təhlükədən qorunmalıdır.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi şənbə günü günorta saatlarında Pakistanın yeni səfiri Məhəmməd Muddəssir Teypunun etimadnaməsini qəbul etmə mərasimində iki qardaş ölkə olan İran və Pakistanın qırılmaz əlaqələri olduğunu və bu əlaqələrin ortaq din, mədəniyyət və sivilizasiyaya söykəndiyini bəyan edib, xalq hökumətində qonşuluq və yaxınlaşma siyasətinə işarə edərək deyib: “İran İslam Respublikasının baxışından sərhədlər iqtisadi mübadilə və qonşuların təhlükəsizliyinin artırılması üçün bir fürsətdir. Bu fürsəti hər hansı bir təhlükə faktorundan qorumaq lazımdır.”
Prezident Pakistanın təhlükəsizliyini İranın təhlükəsizliyi kimi qiymətləndirib, Amerikanın yaratdığı terror qruplarının son illər regionda, xüsusilə də İraq və Suriyada fəaliyyətinin çox dağıdıcı təsir və nəticələrinə toxunaraq, bu terror hərəkatlarının və əcnəbilərin proksi qüvvələrinin mövcudluğunu və fəaliyyətini regionun bütün ölkələri üçün təhlükə hesab edib, terrorla mübarizədə regional əməkdaşlığı alqışlayıb.