Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs barəsində cinayət işi üzrə məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.
arannews:irna-Məhkəmə Media Mərkəzinin məlumatına görə, məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
İclasın əvvəlində hakim tərəfindən təqsirləndirilən şəxsə ittiham izah edilib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub.
Çıxarılanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının Səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, 1 ədəd Kalaşnikov avtomatı və 1 ədəd tapança da daxil olmaqla qanunsuz silah və döyüş sursatları almaqda, gəzdirməkdə və saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur.
Əmlakın qəsdən məhv edilməsi və Azərbaycan Respublikası vətəndaşı olan səfirliyin üç əməkdaşına qəsdən xəsarət yetirilməsi də iş üzrə təqsirləndirilən şəxslərin digər ittihamları sırasındadır.
Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Sonda hakimin elanı ilə bu iş üzrə icraatın başa çatması elan edilib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.
İRNA-nın məlumatına görə, 27 yanvar 2023-cü il, cümə günü səhər saat səkkiz radələrində “Pride” markalı avtomobil Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin qarşısında dayanaraq silahdan istifadə edərək səfirlik binasına daxil olub. Bu şəxsin səfirliyə hücumundan sonra Azərbaycan Respublikasından olan bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Ədliyyənin sözçüsü 10 oktyabr 2023-cü il keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası səfirliyinə hücum edən şəxsin işinin son durumu ilə bağlı suala cavab olaraq deyib: Azərbaycan Respublikasının səfirliyinə hücum edərək bu səfirliyin əməkdaşının qəsdən öldürülməsinə səbəb olmuş bu şəxsin işi Tehran əyalətinin 1 saylı cinayət məhkəməsinə göndəriləcək. Cinayət prosesinin müddəalarının həyata keçirilməsində iş icraat mərhələsindədir. Ona hökm vermək üçün hələ məhkəmə keçirilməyib.
25 dekabr 2023-cü ildə Tehran əyalətinin baş hakimi Əli Əl-Qasi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı işdəki çatışmazlıqların və formal maneələrin aradan qaldırıldığını və bununla bağlı bu işə baxılma tarixinin İranda istifadə olunan hicri şəmsi təqviminin bəhmən ayına (21 yanvar – 19 fevral) təyin olunduğunu bildirib.