Pakistanın Xarici İşlər naziri bu ölkənin 9 vətəndaşının öldürülməsinə münasibət bildirərək deyib: “Ortaq düşmənlərimiz terror aktları ilə İran İslam Respublikası ilə əlaqələrimizi pozmağa çalışırlar.”
  arannews:irna-Cəlil Abbas Cilani X sosial şəbəkəsindəki rəsmi istifadəçi hesabında yazdığı mesajda Saravanda törədilən terror aktında 9 pakistanlının həlak olmasına görə təəssüfləndiyini bildirib.
 
O, əlavə edib: “Bu hərəkət bizim ortaq düşmənlərimiz tərəfindən Pakistan-İran münasibətlərini pozmaq cəhdidir.”
 
Cilani həlak olanların ailələrinə başsağlığı verib və İran hökumətindən Pakistan vətəndaşlarına hücum edənlərə qarşı tədbir görməsini istəyib.