Tarix : 2024 Jan 28
Kod 64555

Azərbaycan və Ermənistan rəsmiləri yenidən görüşəcək

Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya komissiyalarının növbəti görüşünün yaxın günlərdə yenidən baş tutması gözlənilir.
arannews:parstoday-bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycanla Ermənistan arasında postmünaqişə ilə bağlı önəmli komponentlərdən biri də iki ölkə arasında olan dövlət sərhədinin müəyyənləşdirilməsi məsələsidir.

Ötən ilin sonunda iki ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətinin sərhəddə görüşünün keçirildiyini xatırladan Ceyhun Bayramov qeyd edib ki, belə bir görüşün yaxın günlərdə yenidən baş tutması nəzərdə tutulur.

  • Yazılıb
  • da (də) 2024 Jan 28
  • Göndərən رضا رستمی