Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib.
arannews:parstoday-Ceyhun Bayramov jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib. Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir.
İran tərəfi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı hücum ilə bağlı istintaqın başa çatdığını və tezliklə məhkəmənin keçiriləcəyini bildirib.
Həmçinin İranda xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmini prioritet təşkil edir və Azərbaycan Respublikasının Teherandakı səfirliyinin fəaliyyətə başlayacağı təqdirdə bu diplomatik korpusun təhlükəsizliyi də bu prinsipdən istisna deyil.
Beləliklə yaxın zamanlar Azərbaycan Respublikasının İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması üçün şəraitin yaranacağı gözlənilir.