İranın BMT-dəki nümayəndəliyi İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında Amerika qüvvələrinə pilotsuz təyyarənin hücumu, 3 amerikalı əsgərin ölməsi və 34 nəfərin yaralanması ilə bağlı deyib: “İranın bu hücumlarla heç bir əlaqəsi yoxdur.”
arannews:irna-İran İslam Respublikasının BMT-dəki nümayəndəsi bazar günü yerli vaxtla axşam saatlarında İRNA-nın müxbiri ilə söhbətində deyib: “İranın bu hücumlarla heç bir əlaqəsi yoxdur. ABŞ ordusu ilə bölgədəki müqavimət qrupları arasında qarşıdurma var, onlar bir-birləri ilə vuruşurlar.”