Tarix : 2024 Jan 31
Kod 64569

Alen Simonyan çexiyalı həmkarı ilə Bakı və İrəvan arasında normallaşmanı müzakirə edib

Ermənistan parlamentinin spikeri və Çexiya parlamentinin Deputatlar Palatasının sədri İrəvanla Bakı arasında normallaşdırılma məsələsini müzakirə ediblər.
arannews:parstoday-Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər.

Ermənistan KİV-ə istinadən, bu barədə jurnalistlərə açıqlamasında Alen Simonyan bildirib.

“Biz əsasən regional məsələləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə etdik. Bundan başqa, Ermənistan və Çexiya arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri barədə danışıqlar apardıq”, - o qeyd edib.

  • Yazılıb
  • da (də) 2024 Jan 31
  • Göndərən رضا رستمی