Ermənistan parlamentinin spikeri və Çexiya parlamentinin Deputatlar Palatasının sədri İrəvanla Bakı arasında normallaşdırılma məsələsini müzakirə ediblər.
arannews:parstoday-Ermənistan parlamentinin spikeri Alen Simonyan və Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə ediblər. Ermənistan KİV-ə istinadən, bu barədə jurnalistlərə açıqlamasında Alen Simonyan bildirib.
“Biz əsasən regional məsələləri, o cümlədən Azərbaycanla münasibətlərin normallaşdırılması məsələsini müzakirə etdik. Bundan başqa, Ermənistan və Çexiya arasında əlaqələrin inkişafı, ticarət dövriyyəsi, eləcə də müxtəlif platformalarda əməkdaşlıq məsələləri barədə danışıqlar apardıq”, - o qeyd edib.