Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Gravely hərbi gəmisini müvafiq silahlarla hədəfə aldıqlarını açıqlayıb.
arannews:parstoday-Əl-Masirah televiziyasının məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Seri Qırmızı dənizdə Amerikanın USS Gravely hərbi gəmisini müvafiq silahlarla hədəf aldıqlarını açıqlayıb. Seri Yəmənə qarşı hücumlarda iştirak edən bütün ABŞ və Böyük Britaniya hərbi gəmilərinin silahlı qüvvələrinin qanuni hədəfi olduğunu təkrarlayıb.
Yəhya Seri deyib:
"Qüvvələrimiz Qəzza zolağında Fələstin xalqına qarşı blokada qaldırılana və təcavüz sona çatana qədər İsrailin Ərəb dənizi və Qırmızı dənizdə naviqasiyasını əngəlləmək qərarını icra etməyə davam edəcək".