Tarix : 2024 Feb 01
Kod 64576

Rəsulzadənin abidəsinə yürüş keçirilib

Çərşənbə günü müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin 140 illik yubileyi münasibətilə onun Novxanı qəsəbəsindəki abidəsinə yürüş keçiriblər.
arannews:parstoday-Mitinqdə Müsavat başqanı Arif Hacılı Azərbaycanda demokratik dövlət qurulması məqsədinin aktual olaraq qaldığını deyib: “ Xalq dövləti, demokratik dövlət qurulması vəzifəsi hələ də yerinə yetirilməyib”,- deyə Hacılı qeyd edib

Müsavat Partiyasının əvvəlki sədri, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər də hazırkı hakimiyyətin Məhəmməd Əmin Rəsulzadənin xidmətlərinə məhəl qoymamaq və onları təhrif etməkdə ittihamlandırıb.

Xalq Cəbhəsi Partiyası da buna bənzər yürüş keçirib. Partiyanın lideri Əli Kərimli öz çıxışında bildirib ki, bu gün Rəsulzadənin xatirəsini ləkələməyə çalışan "İmperiya qüvvələri" var.

“Ölkədə monarxiya rejimi qurmaq istəyənlər müstəqil Azərbaycanın banisinin məhz Rəsulzadə olduğunu qəbul edə bilmirlər. Məhz buna görə əvvəlki və hazırkı hakimiyyət bu şəxsin xidmətlərini və nüfuzunu, siyasi irsini kiçiltməyə çalışır”,- deyə Kərimli qeyd edib.

Demokratiya və Rifah Partiyasının üzvləri də Rəsulzadənin abidəsi önündə aksiya keçiriblər. Müxalifətin yürüşlərində və mitinqində yüzlərlə insanın iştirak etdiyi deyilir. Polis aksiyanın keçirilməsinə müdaxilə etməyib.

  • Yazılıb
  • da (də) 2024 Feb 01
  • Göndərən رضا رستمی