arannews:parstoday-" İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları cari ilin fevral ayının 4-dən etibarən İrana səfəri üçün viza tələb olunmayacaq. Turistlər İrana yalnız bilet almaqla gələ bilərlər.Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Özbəkistan, Qırğızıstan, Tunis, Tanzaniya, Mavritaniya, Zimbabve, Mavrika, Seyşel adaları, Yaponiya, İndoneziya, Sinqapur, Vyetnam, Kamboca, Bruney, Braziliya, Meksika, Peru, Xorvatiya Serbiya, Bosniya və Herseqovina, Belarusiya və Hindistan (hava yolu ilə) da daxil olmaqla 28 ölkənin vətəndaşlarına İrana giriş vizası ləğv edilib.