Tarix : 2024 Feb 02
Kod 64582

İttilaat Nazirliyi: 28 ölkədə Mossad casusları müəyyən edilib

İttilaat Nazirliyi bir bildirişdə Asiya, Afrika və Avropa qitələrində olmaqla, dünyanın 28 ölkəsində irqçi sionist rejimə bağlı onlarla casus və terrorçu ünsürün müəyyən edildiyini açıqlayıb.
arannews:irna- İran İslam Respublikasının İttilaat Nazirliyi cümə günü elan edib: İmam Xomeyninin (rə) rəhbərliyi ilə şanlı İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü ərəfəsində və İslam İnqilabının mübarək fəcr on günlüyünün gəlişi münasibətlə təbriklərimizi bildirməklə, əlaqədar böyük İran xalqının diqqətinə çatdırıq ki, Qüdsü işğal etmiş rejimin (İsrailin) casusluq və təhlükəsizlik təşkilatlarına qarşı həyata keçirilən ən böyük birləşmiş kəşfiyyat və əks-kəşfiyyat əməliyyatında misilsiz və həmin xidmətlərdən görünməmiş məlumatlar toplanaraq əldə edilib və onların təhqiqatına və istifadəsinə dərhal başlandı.

 İttilaat Nazirliyi açıqlayıb: İndi “Əqsa Fırtınası” adlı nəhəng və tarixi əməliyyatı həyata keçirən və can verən rejimə “sağalmaz” hərbi və kəşfiyyat zərbələri endirən Fələstinin qəhrəman müdafiəçilərinin son qələbəsi üçün Allaha dərgahında acizanə bir dua ilə, qısaca bildirilir: Sözügedən birləşmiş tədbirin ən böyük nailiyyətlərindən biri Asiya, Afrika və Avropa qitələrində olmaqla, dünyanın 28 ölkəsində irqçi sionist rejimə bağlı onlarla casus və terrorçu ünsürün müəyyən edilməsidir.

  • Yazılıb
  • da (də) 2024 Feb 02
  • Göndərən رضا رستمی