Tarix : 2024 Feb 02
Kod 64583

Milyonlarla yəmənlinin Fələstinə dəstək nümayişi

Yəmən xalqı bu gün (cümə) günorta Qəzza zolağındakı Fələstin xalqı ilə həmrəylik və dəstək məqsədilə milyon nəfərin iştirakı ilə yürüş keçirib.
arannews:irna- bu gün günortadan sonra paytaxt Sənanın Əs-Səb`in meydanı Fələstinə dəstək verən böyük izdihamın şahidi olub.

Yəmənli nümayişçilər bu iştirakla sionist rejimin təcavüzünə qarşı Fələstinə kömək etmək mövzusunda öz sabit, prinsipial, əxlaqi və dini mövqelərini vurğuladılar.

Yəmən xalqı həmçinin Yəmən ordusunun Fələstin xalqına dəstəyi və sionist rejimə dəniz blokadası tətbiq etməsi səbəbindən ABŞ və İngiltərənin bu ölkəyə təcavüzünü pisləyib.

Yəmənlilər həmçinin “Ey Qəzza, ey Fələstin, bütün yəmənlilər sizinlədir” və “Ey Qəzza xalqı, siz tək deyilsiniz” kimi şüarlar səsləndirərək Fələstin xalqına və cəsarətli müqavimətlərinə davamlı dəstəklərini elan ediblər.

یمن
  • Yazılıb
  • da (də) 2024 Feb 02
  • Göndərən رضا رستمی