Tarix : 2024 Feb 03
Kod 64585

Prezident: İslam Respublikası qəddar zalımlara sərt cavab verəcək

Prezident deyib: “Biz müharibəyə başlamayacağıq, amma zalım bir ölkə və qüvvə zorakılıq etmək istəsə, İran İslam Respublikası onlara sərt cavab verəcək.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi cümə günü Hörmüzqan vilayətinin Minab şəhərinin əhalisi ilə görüşündə deyib: “İran İslam Respublikasının bölgədəki hərbi gücü heç bir ölkə üçün təhlükə deyil, əslində, bizim gücümüz təhlükəsizlik yaradır və region ölkələri bu gücə arxalana bilər. Hərbi avadanlıqlar bizim hərbi gücümüzün bir hissəsidir və bu sistemin qüdrətinin əsasını imanın ali gücü təşkil edir.”

Prezident qeyd edib ki, bu gün iman qüdrəti təcavüzkarlara qalib gəlmişdir və hazırda dünyada baş verənlər, dünyanın şər və təcavüzkarlarına qarşı imanın üstünlüyüdür.

O, əlavə edib: “Bu gün Qəzza məsələsində meydanın qalibi Fələstinin güclü xalqıdır. Bu meydanın uduzan tərəfi isə Amerika cinayətkar rejimidir. Bu da iman meydanının bir nümunəsidir.”

  • Yazılıb
  • da (də) 2024 Feb 03
  • Göndərən رضا رستمی