Tarix : 2024 Feb 04
Kod 64589

İranın Dəməşqdəki səfirliyi: Sionist rejimin Suriyaya təcavüzünə cavab verilməsi qətidir

İranın Dəməşqdəki səfirliyi cümə günü gecə saatlarında yaydığı bəyanatda sionist rejimin cümə günü Dəməşqin cənub bölgəsinə SEPAH-ın hərbi müşavirlərindən birinin şəhadətinə səbəb olmuş hücumunu pisləyərək vurğulayıb: “Bu cinayətə cavab verilməsi qətidir.”
arannews:irna-İranın Suriyadakı səfirliyi X şəbəkəsindəki istifadəçi hesabında yazıb: “Terrorçu sionist rejim Dəməşq ətrafında yerləşən yaşayış məntəqəsini raket hücumu ilə hədəfə aldı və bu hərəkəti ilə beynəlxalq hüququ və Suriyanın suverenliyini pozdu. Bu hadisədə İran İslam Respublikasının hərbi müşaviri də şəhid oldu.”

Bəyanatın davamında bildirilir: “Bu cür (terrorçu) hərəkətlər sionist rejim ilə terrorçular arasında aşkar əlaqəni hər zamankindən daha çox üzə çıxarır.”

  • Yazılıb
  • da (də) 2024 Feb 04
  • Göndərən رضا رستمی
Açar sözlər