Tarix : 2024 Feb 04
Kod 64592

Ənsarullah: Amerikanın hərəkətləri regionu daha geniş münaqişəyə çəkəcək

Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi şənbə günü axşam saatlarında yaydığı bəyanatda ABŞ-ın Suriya və İraqa son hücumlarını pisləyib və ABŞ-ın hərəkətlərinin regionu daha geniş münaqişəyə sürükləyəcəyini bildirib
arannews:irna-Ənsarullah Hərəkatının siyasi ofisinin bəyanatında deyilir: “İraq və Suriyaya qarşı hərbi təcavüz Amerikanın düşmən İsrailin Qəzzada Fələstin xalqına qarşı cinayətlərini davam etdirməsinə dəstək verməsi çərçivəsində həyata keçirilib.”

Bəyanatın davamında vurğulanır: “Amerikanın aqressiv hərəkətləri regionu daha geniş münaqişəyə aparır və beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.”
  • Yazılıb
  • da (də) 2024 Feb 04
  • Göndərən رضا رستمی