Yəmən Ənsarullah Hərəkatının siyasi ofisi şənbə günü axşam saatlarında yaydığı bəyanatda ABŞ-ın Suriya və İraqa son hücumlarını pisləyib və ABŞ-ın hərəkətlərinin regionu daha geniş münaqişəyə sürükləyəcəyini bildirib
arannews:irna-Ənsarullah Hərəkatının siyasi ofisinin bəyanatında deyilir: “İraq və Suriyaya qarşı hərbi təcavüz Amerikanın düşmən İsrailin Qəzzada Fələstin xalqına qarşı cinayətlərini davam etdirməsinə dəstək verməsi çərçivəsində həyata keçirilib.”
Bəyanatın davamında vurğulanır: “Amerikanın aqressiv hərəkətləri regionu daha geniş münaqişəyə aparır və beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir.”