Tarix : 2024 Feb 04
Kod 64593

İran Prezidenti: İslam İnqilabı elmə və alimə dəyər verdi

Prezident elitalarla görüşündə deyib: “Elmi rütbə almağa müvəffəq olmuş siz əzizlər bu məqamla kifayətlənməməlisiniz, xalqa xidmət göstərməli, onların problemlərini həll etməlisiniz.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi bazar günü ümumdünya elmi olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimində və gənc alimlər klubunun dirçəlişi bayramında bütün qalibləri, təlim-tərbiyəçiləri, müəllimləri və onların ailələrini mübarək Fəcr günləri münasibətilə təbrik edərək deyib: “İnqilabdan əvvəlki elm mərkəzləri ilə indikiləri müqayisə etsək, o vaxt nə qədər universitet və tələbəmiz olduğunu və indi nə qədər olduğunu öyrənirik.”

Prezident İranın İnqilabdan əvvəlki və sonrakı elmi vəziyyətini müqayisə edərək deyib: “Bu gün bizim 100 mindən çox professor-müəllim heyətimiz və elmi-tədqiqat mərkəzlərimiz var. 1977-ci ildə məqalələrin sayına görə 500 məqaləmiz var idisə, bu gün 78 min məqaləyə çatmışdır.”

  • Yazılıb
  • da (də) 2024 Feb 04
  • Göndərən رضا رستمی