Norveçin Xarici İşlər naziri Espen Bart Eide BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Agentliyinə (UNRWA) maliyyə yardımını dayandıran ölkələri öz hərəkətlərinin nəticələrini nəzərdən keçirməyə çağırıb.
arannews:irna-Eide bazar günü axşam saatlarında X sosial şəbəkəsində yazıb: “İndi UNRWA-ya yardımı dayandırmaqla Fələstin xalqını tək qoymağın vaxtı deyil.” Norveçin Xarici İşlər naziri həmçinin Avropa İttifaqının xarici siasət üzrə Ali Nümayəndəsi Cozef Borelin yeni məqaləsində səsləndirdiyi fikirləri dəstəkləyib.