Tarix : 2024 Feb 05
Kod 64599

Əmir-Abdullahiyan: Regionun təhlükəsizliyi qorunmalıdır

İran İslam Respublikasının xarici işlər naziri bəyan edib ki, rəsmi Tehran İraq, Suriya, Yəmən və Fələstinin təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edir.
arannews:parstoday- Hüseyn Əmir-Abdullahiyan ABŞ-ın Qərbi Asiya ölkələrinə təcavüzünə münasibət bildirərkən öz X hesabında yazıb: “Biz ABŞ və İngiltərənin Yəmənə hərbi hücumlarını və ABŞ-ın İraq və Suriyaya təcavüzünü şiddətlə pisləyirik”.

Xarici işlər naziri daha sonra bildirib ki, britaniyalı həmkarı Deyvid Kameron ilə görüşündə o, açıq şəkildə bəyan edib ki, “müharibənin davam etdirilməsi həll yolu deyil”.

O, təcavüzkarlara xəbərdarlıq edib ki, region xalqlarının qəzəbini sınamasınlar.

  • Yazılıb
  • da (də) 2024 Feb 05
  • Göndərən رضا رستمی
Açar sözlər