arannews:parstoday-İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı bildiriblər ki, xüsusilər şövqlü seçkilərin keçirilməsində rol oynaya bilərlər. O həzrət vurğulayıblar: xüsusilərdə tərəddüd və ehmal yaratmaq, düşmənin mühüm planıdır. İslam İnqilabının Böyük Rəhbəri bu gün səhər ordunun hava və hava hücumundan müdafiə qüvvələrinin komandan, komandir və işçilərindən bir qrupu ilə görüşdə günəş tarixi ilə 1357-ci il bəhmən ayının on doqquzunda ordunun hava qoşunlarının texnki-mühəndislik bölməsindən bir qrupunun İmam Xomeyni (r.ə.) ilə beyət etməsini inqilaba təkanverən amil adlandırıblar.
Ali Baş Komandan ordunun hava qoşunlarının işçiləri, həmçinin bu qoşunların texnki-mühəndislik bölməsindən bir qrupunun İmam Xomeyni(r.ə.) ilə beyət etməsi kimi heyranedici hadisənin sonsuz ibrət dərslərinə malik olduğunu blidirib və əlavə ediblər: Hava qoşunları fədakarlıq və o xalis və şücaətli hərəkətlə inqilaba qoşulmaq istiqamətində birinci oldu.
Həzrət Ayətullahuluzma Xamenei tağut dövründəki hava qüvvələrinin komandanlıq, siyasət və təchizat baxımından tamamilə amerikalıların əmri altında və onların ixtiyarında olduğunu bildirib və belə söyləyiblər: Mömin və inqilabçı amillər müstəqillik cihadı ilə hava qüvvələrini Amerikanın mülkiyyətindən çıxarıb, bu qüvvələri tamamilə iranlı qüvvələrə çevirdilər və özlərinin dəyişiklikyaratma gücü və avanqardlıqlarını göstərdilər.
Həzrət Ayətullahuluzma Xamenei xüsusiləri həqiqi təkanvericilər adlandırıb və deyiblər: Xüsusilər xalqın bütün təbəqələri və qruplarında təfəkkür, tanıma və müəyyənetmə qüdrəti ilə hərəkət edən kəslərdirlər. Onlar müxtəlif şərait və atmosferlərə tabe olmadan qüdrət və şücaətlə və vaxtında öz vəzifələrinə əməl edirlər.
O həzrət xüsusilərin vəzifəsini bədxahların şəkk-şübhə yaratma və tərəddüd törətmələrini zərərsizləşdirmək və bəyan cihadı adlandırıblar.
O həzrət Amerikanın sionist rejimi himayə etməsilə Qəzzədə insan faciələrinin baş verməsinə işarə etməklə, sionist rejimə qətiyyətli zərbə endirmək üçün/ müsəlman xalqların öz hökumətlərindən ümumi tələblərini yaratmaq istiqamətində bu həqiqətin bəyan edilməsini xüsusilərin mühüm vəzifəsi adlandırıblar.
Qətiyyətli zərbə, sionist rejimlə müharibəyə girmək mənasına gəlmir. Bunun mənası, sionist rejimlə iqtisadi əlaqələrin kəsilməsidir- deyə, İnqilab Rəhbəri vurğulayıblar.
Həzrət Ayətullahuluzma Xamenei daha sonra vurğulayıblar: Xalqlar hökumətləri sionist rejimə dəstəyi kəsməyə məcbur etmək və istiqamətləndirmək gücünə malikdirlər.
O həzrət əlavə ediblər: Bu qəddar və yırtıcı rejimin qadın, uşaq və xəstələrin canlarına düşməsi və iyirmi neçə min nəfəri qətlə yetirməsinə rəğmən, bəzi islami ölkələr yenə də ona iqtisadi yardım edirlər və hətta eşidilənə görə, onların bəziləri sionist rejimə silah da verirlər.
İnqilab Rəhbəri mühüm daxili məsələlər barədə də isfənd ayında keçiriləcək seçkiləri xüsusilərin rol oynaya biləcəkləri bir meydan adlandırıblar.
İyirmi iki bəhmənin və İslam İnqilabı qələbəsinin ildönümü gününün yaxınlaşdığına toxunan İnqilab Rəhbəri deyiblər ki: Bu il də inşaallah, əziz xalqımız milli qüdrət nişanəsi olan iyirmi iki bəhmən yürüşündə son dərəcə şövqlü şəkildə iştirak edəcək.