Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bir Amerika və bir İngiltərə gəmisinin hədəf alındığını açıqlayıb.
arannews:irna- Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii bildirib ki, Fələstin məzlum xalqına dəstək olmaq, həmçinin ABŞ və İngiltərənin Yəmənə təcavüzünə cavab olaraq Yəmən Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə iki hərbi əməliyyat keçirdi. Y. Sərii əlavə edib: “İlk əməliyyatda Amerikanın “Starnasia” gəmisini hədəf aldıq, ikinci əməliyyatda isə İngiltərənin “Morning Tide” gəmisi vurduq.”
“Həm Amerika, həm də İngiltərə gəmiləri müvafiq raketlərlə dəqiq və birbaşa hədəfə alındı” - deyə, o, vurğulayıb.