Tarix : 2024 Feb 08
Kod 64609

İran Prezidenti: Fələstin məsələsi İslam dünyasının ilk məsələsidir

Ayətullah Seyid İbrahim Rəisi deyib: “Bu gün Fələstinə dəstək İslam Respublikasının xarici siyasətinə əsaslanan dəstək, məzlumlara, vətənini və yurdunu müdafiə edənlərə dəstəkdir. Bu dəstəyin əsasını 22 Bəhmən 1357-ci ildə İnqilabın zəfər günlərində İslam İnqilabın Böyük Rəhbəri İmam Xomeyni qoydu.”
arannews:irna-Prezident Ayətullah Rəisinin bu gün İran İslam İnqilabının qələbəsinin ildönümü münasibətilə İranda yaşayan xarici səfirlərin iştirakı ilə Xarici İşlər Nazirliyinin binasında keçirilən mərasimdəki çıxışının ən mühüm məqamları bunlardır:

Bu gün Fələstinə dəstək İslam Respublikasının xarici siyasətinə əsaslanan dəstək, məzlumlara, vətənini və yurdunu müdafiə edənlərə dəstəkdir. Bu dəstəyin əsasını 22 Bəhmən 1357-ci ildə İnqilabın zəfər günlərində İslam İnqilabın Böyük Rəhbəri İmam Xomeyni qoydu və “Fələstin İslam dünyasının ilk məsələsidir” deyə buyurdu. Bu gün, 44 il sonra, inqilabın 45-ci ildönümünün baharında Fələstinin dünyanın ilk məsələsi olduğunu bir daha elan edirik.

Qələbə Fələstin xalqına məxsusdur və sionist rejim əvvəlcədən elan etdiyi məqsədlərə nail ola bilmədiyi üçün məğlub olmuşdur.

Nüvə bombaları və nüvə başlıqları olan ölkələr İran xalqını haqlı hüquqlarından məhrum etmək niyyətindədir. Amma bilsinlər ki, biz nüvə məsələsində öz haqlarımızda israr edəcəyik.

  • Yazılıb
  • da (də) 2024 Feb 08
  • Göndərən رضا رستمی