Azərbaycan prezidenti İlham Əliyev seçkilərdə qalib gəldi və ardıcıl beşinci müddət bu vəzifədə qaldı.
arannews:parstoday-Azərbaycan Respublikasının Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələri elan olunub. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93 faizdən çox səs qazanıb.
Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
Əliyevin bu seçkilərdəki qələbəsindən sonra İran və Türkiyə prezidentləri və başqa dövlət başçıları onu təbrik ediblər.