Tarix : 2024 Feb 11
Kod 64619

BMT sionist rejiminə daha bir zərbə

BMT sionist rejimini IV Cenevrə Konvensiyasını pozmasında günahlandırdı
arannews:parstoday-Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk, İsrail rejiminin Cenevrə Konvensiyasını pozduğunu bildirib. O, qeyd edib ki, “İsrailin Qəzzədə qeyri-qanuni və məqsədli şəkildə əmlakın geniş şəkildə məhv etməsi Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır və bu müharibə cinayətinin baş verdiyini göstərir”

Məlum olduğu kimi, qatil sionist rejiminin "Əl-Əqsa tufanı" əməliyyatından sonra Qəzzəyə görünməmiş şəkildə və qəddarcasına dağıdıcı hücumlar edib.

Xunta rejimin barbarlıqları nəticəsində anklavda 28 mindən çox fələstinli şəhid olub və 68 min nəfərə yaxın isə, yaralanıb. 

Qəzzədə başdan-başa səhiyyə sisteminin, mülki infrastutkturların, sığınacaq yerlərinin dağıdılması, əhaliyə qarşı soyqırımın törədilməsi isə, bu mənfur rejim cinayətinin başqa bir tərəfidir.

Bununla əlaqədar bir müddət öncə Cənubi Afrika 1948-ci ildə qəbul edilmiş Soyqırım Konvensiyasına görə sionist rejiminin törətdiyi cinayətlər səbəbilə Beynəlxalq Ədalət Məhkəməsinə şikayət etmişdi. 

Bir çox ölkələrin dəstəklədiyi bu şikayətin nəticəsində Beynəlxalq Ədalət Məhkəməsi müvəqqəti qərar çıxararaq, sionist rejimdən Qəzzəyə yardım göndərilməsinin qarşısını almamağı və bu anklavda humanitar vəziyyətin yaxşılaşdırmasını istəyib.

Bundan sonra, BMT-nin yüksək rütbəli məmuru sionist rejim tərəfindən Dördüncü Cenevrə Konvensiyasının pozulmasına xəbərdarlıq edərək xunta rejimini tənqid atəşinə tutub. Qeyd edək ki, bu konvensiya Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında dörd Cenevrə Konvensiyasından biridir.

Konvensiyanın 18-ci maddəsində yaralılara, xəstələrə, əlillərə və yeni doğulmuş qadınlara kömək məqsədilə yaradılan mülki xəstəxanaların heç bir halda hücuma məruz qalmaması, əksinə düşmən tərəfindən bu yerlərin nəzərdə saxlaması xüsusi olaraq qeyd edilir.

Sionist rejim bu konvensiyanın üzvü olmasına baxmayaraq, adı çəkilən konvensiyanı açıq-aşkar pozmuşdur.

  • Yazılıb
  • da (də) 2024 Feb 11
  • Göndərən رضا رستمی