İran İslam İnqilabının qələbəsinin 45-ci ildönümü yürüşü çərçivəsində Tehran əhalisinin bir qrupu sionist rejimin vəhşi hücumları nəticəsində şəhid olan fələstinli uşaqların cənazələrini küçə tamaşası ilə simvolik olaraq müşayiət ediblər.
arannews:irn-bazar günü - İslam İnqilabının qələbəsinin 45-ci ildönümü ilə eyni vaxtda Tehran xalqı 22 Bəhmən (11 fevral) yürüşünə qatılaraq, “Amerikaya ölüm, İsrailə ölüm” şüarları səsləndirərək, Qəzzada cinayətkarların törətdiyi cinayətlərdən bezdiklərini bildirərək, Qəzza zolağının 28 mindən çox şəhidinin xatirəsini ehtiramla yad ediblər. 22 Bəhmən yürüşü və İslam İnqilabının Qələbəsinin ildönümünün qeyd edilməsi çərçivəsində Amerika və İsrailin Qəzzanın günahsız uşaqlarına qarşı cinayətlərinin pislənməsi məqsədilə fələstinli uşaqların cənazələrinin simvolik müşayiət edilməsi nümayiş etdirilib.