BMT Baş katibi Antonio Quterreş İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisini İslam İnqilabının ildönümü münasibətilə təbrik edib.
arannews:irna-BMT Baş katibinin İran Prezidentinə təbrik məktubunda deyilir: “İranın Milli Günü münasibətilə ən səmimi təbriklərimi bildirirəm. Birləşmiş Millətlər Təşkilatı bu günü uca tutmaq və qeyd etməkdə İran İslam Respublikası xalqına qoşulur.”
Quterreşin məktubunda əlavə edilir: “İndi hamı üçün davamlı inkişaf məqsədlərinin əhəmiyyətini xatırlamaq, iqlim böhranı ilə mübarizə və imkanları genişləndirmək vaxtıdır.”
BMT Baş katibi bildirib: “İndi sülhə, davamlı inkişafa və hamı üçün insan hüquqlarına nail olmaq məqsədilə birlik, həmrəylik və ümumi məqsədlərin vaxtıdır.”
Quterreş vurğulayıb: “Bu mühüm günü rəsmi tanıdığımı kimi, gəlin İran İslam Respublikası xalqı və bütün dünya üçün daha yaxşı gələcək qurmaq öhdəliyi götürək.”