Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib.
arannews:parstoday-Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib. Paşinyan , bunu İngiltərənin "Daily Telegraph" qəzetinə müsahibəsində deyib.
"Ukrayna vəziyyətində biz Rusiyanın müttəfiqi deyilik. və bu, reallıqdır", - Paşinyan bildirib.
Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib.
Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyan "The Telegraph" qəzetinin Ermənistan nato-ya daxil olmaq istəyir? sorğusuna cavab olaraq deyib ki, Ermənistan NATO-ya daxil olmaq məsələsini müzakirə etməyib və müzakirə etmir.
O qeyd edib ki, hazırlanmaqda olan NATO ilə əməkdaşlıq proqramı alyansa üzvlük demək deyil.