Tarix : 2024 Feb 13
Kod 64628

Sepah gəmisindən uzaqmənzilli ballistik raketin uğurlu atışı baş tutub

Sepah-ın aerokosmik və dəniz qüvvələrinin birgə işi uzaqmənzilli ballistik raketin bir hərbi gəmi üzərindən atılması ilə uğurla həyata keçirilib. Bunu, dünən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı deyib.
tr.arannews:parstoday-General-leytenant Hüseyn Salami əlavə edib: Sepah-ın/ hərbi gəmi üzərindən uzaqmənzilli ballistik raketinin uğurlu atışı/ bizim dəniz nüfuz və gücümüzün mənzilini istənilən nöqtəyədək artırdı.

İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin digər qabiliyyətlərinə işarə edən Sepah-ın baş komandanı vurğulayıb: Bizim okean gəmilərimiz okeanların hər bir nöqtəsində görünə bilərlər. Təbii ki, onlardan raket ata bildiyimiz bir halda, bizə əmin-amansızlıq yaratmaq istəyəcək bir qüdrət üçün heç bir təhlükəsiz nöqtə olmayacaq.

General-leytenant Salami Sepah-ın dəniz qüvvələrinin qüdrətinə də toxunub.

Bizim dəniz müdafiə və hücum qüdrətimiz/ iri sayda pilotsuz, kruz raketi və hətta dənizdə döyüş gəmilərini hədəfə almaq qabiliyyətinə malik olan dəqiq ballistik raketin daxil olması ilə, modern bacarıqlardan çox mürəkkəb və sıx bir məcmuəni nümayiş etdirir- deyə, general-leytenant bildirib.

O, vurğulayıb: Biz hər bir fitnəyə və hərəkətə mütləq şəkildə münasib və ağır cavablar verəcəyik. Bizim qüdrət və iradəmiz/ böyük güclərdən ibarət hər bir koalisiyanı məğlub etmək həddində tamamilə hazırdır.

  • Yazılıb
  • da (də) 2024 Feb 13
  • Göndərən رضا رستمی