Tarix : 2024 Feb 13
Kod 64629

Abbas Musəvi Hacıyev və Şərifovla görüşüb

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri dünən Hikmət Hacıyev və Samir Şərifovla görüşlər keçirib.
ru.arannews:parstoday-İranın Azərbaycan Respublikasındakı səfirliyinin sosial mediadakı hesablarında verilən məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla ayrı-ayrılıqda görüşüb.

Məlumatda deyilir ki, görüşlərdə ikitərəfli münasibətlərdə son inkişaflar və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Yazılıb
  • da (də) 2024 Feb 13
  • Göndərən رضا رستمی